Black Friday nədir?

Black Friday nədir?

Alış-veriş sevənlərin səbirsizliklə gözlədiyi möhtəşəm endirim günü “Black Friday” günü yaxınlaşır.

İlin ən böyük endirimləri sayılan “Black Friday” endirimləri əsasən ABŞ və Avropada keçirilir. Yüksək endirim kampaniyaları təqdim olunur. Hər kəs səbirsizliklə bu günü gözləyir.

Black Friday nədir? Necə yaranıb ?

“Black Friday” hər il Şükranlıq günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən etibarən Şükranlıq günündən sonra Amerikada alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib.
İlk dəfə 1961-ci ildə möhtəşəm endirim günündən qəzetlərdə “Black Friday” olaraq bəhs edilmişdir. Bunun səbəbi Filadelfiyanın insanların çoxluğu səbəbi ilə addım atıla bilməyəcək hala gəlməsidir. Hər ilin bu günü yaranmış tıxac, endirim səbəbi ilə insanların çoxluğu, izdiham səbəbi ilə yaralanmış hətta həyatını itimiş insanlar olmuşdur. Endirim günündə səhər 6-dan mağazalar açılar və gec saatlara kimi fəaliyyət göstərərdi. Bəzi alıcılar gecədən mağazanın önündə çadırlar qurar və alış-veriş etmək üçün mücadilə verərdilər.

İlk zamanlar bu endirim Amerikada tətbiq olunsa da zamanla dünyada məşhurlaşmış və tətbiq edilmişdir.
Türkiyədə də bu endirim festivalı möhtəşəm şəkildə keçirilir. Hətta bir gün deyil bir neçə gün davam edən möhtəşəm endirim günlərindən hər kəs yararlanmağa çalışır. Müsəlman ölkələrdə bu endirim günləri Möhtəşəm cümə, Əfsanə cümə, Əfsanə günlər olaraq tanınır.

İlin ən böyük endirimlərindən siz necə yararlana bilərsiniz?
Türkiyə, Amerika və Çinin məşhur saytlarında möhtəşəm endirimlər artıq başlayıb. Demək olar ki, bütün məşhur markalar 80%-dək endirim tətbiq edir. Siz bu günlərdə sifariş edərək məhsulları 2 qat, 3 qat daha ucuz qiymətə əldə edə hətta aglasığmaz dərəcədə böyük endirimlərlə qarşılaşa bilərsiniz. Dünya üzrə alış-veriş həvəskarları bu günü gözləyir. sizdə bu endirimlərdən yararlanmaq istəyirsinizsə sizə ilk lazım olan karqo şirkətinizi təyin etmək və istədiyiniz məhsulu seçib sifariş etməkdir.
Karqo şirkətini seçərkən sürətli çatdırma edən, sifarişlərinizə zəmanət verən və geri qaytarma xidməti mövcud olan karqo seçimi etməlisiniz.