Əmanətinizə zəmanət veririk!

Əmanətinizə zəmanət veririk!

Sifarişlərinizdə hər hansı bir yanlışlıq varsa, qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarırıq.


Bu xidmət "Həvalə et" xidmətimizlə etdiyiniz bütün sifarişlər üçün keçərlidir.


• Sifarişlərinizi təhvil alan zaman yerindəcə yoxlayırsız,əgər sifarişiniz əskik, yanlış (rəng, razmer, model səhvi), qırıq, istifadəyə yararsızdırsa, xarici anbarımıza təhvil verilib, ancaq sistemə salınmayıbsa, yaxud bağlamanız tapılmırsa, ödədiyiniz məbləği və çatdırılma ödənişini sizə geri qaytarırıq.


• Bağlamanızı kuryer xidmətimizlə əldə etdiyiniz zaman kuryerin yanında yoxlayırsınız, əskik sifarişiniz varsa kuryer yerindəcə aktlaşdırır, müvafiq şöbəyə bildirir. Kuryer bağlamanı təhvil verdikdən sonra sifarişinizdə hər hansı bir problem (səhv, qırıq, istifadəyə yararsız ) olduğu təqdirdə sorğu yaradaraq yaranmış problemi bildirirsiniz. Sizin müraciətinizə ən qısa müddətdə baxılır və təsdiqləndikdən sonra məhsulun ödənişi və çatdırılma ödənişi geri qaytarılır. Sorğu üzərindən bildirdiyiniz müraciətə əsasən bağlama 2 iş günü müddətində təhvil aldığınız filiala təqdim edilməlidir.